19 yaşlı qız oğlunu vəhşicəsinə döyüb sevgilisilə görüşə getdi

19 yaşlı qız oğlunu vəhşicəsinə döyüb sevgilisilə görüşə getdi
Ukraynanın Rovenski vilayətində 19 yaşlı qız öz oğlunu ağladığı üçün vəhşicəsinə döydükdən sonra tək qoyaraq, sevgilisilə görüşə gedib.

7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə UNİAN agentliyi yazır.

Yataqxanada qalan gənc ana körpəsini otaqda tək qoyaraq bir sutkalıq yoxa çıxıb. Qonşular bir neçə saatdan sonra uşağın ağlamaq səsinə gəldikdə, körpəni son dərəcə ağır vəziyyətdə tapıblar. Onun bədənində yaralar, göyərmələr və qan izləri olub, uşaq güclə nəfəs alıb.

Körpə dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun kəllə sümüyünün sındığını ehtimal etdiklərindən, əlavə müayinəyə ehtiyac olub.

Məsələyə hüquq-mühafizə orqanları müdaxilə etdikdə, qız əvvəl boynuna almasa da, sonda uşaqğın ağladığına görə stress keçirdiyini və bu səbəbdən qoyub görüşə getdiyini etiraf edib.

Daha sonra məlum olub ki, ukraynalı qızın bu uşaqdan başqa, üçyaşlı oğlu da var və hazırda uşaq mərkəzində saxlanılır. Qız özü sosial xidmətdə qeydiyyatdadır.

O, beş il müddətinə həbs oluna və valideyn hüquqlarından məhrum edilə bilər.

7News.Az

Xəbər lenti