25 yaşlı qadın hisslərinin qurbanı oldu - FOTO

25 yaşlı qadın hisslərinin qurbanı oldu - FOTO

Evli kişi ilə gizli münasibət yaşayan qadın tərk edildiyinə görə özünü öldürüb.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, 56 yaşlı Andrew Hardman ilə sevgili olan 25 yaşlı Emily Henthorn ayrılığa dözməyərək canına qəsd edib.

Kişinin onu tərk etməsini qəbul edə bilməyən qadın: "Sənlə bacarmıram, sənsiz də olmur", - deyərək ağlayıb. 9 aylıq münasibəti bitən qadın dəm qazını açıq qoyaraq yatıb.

"Dost kimi başlayan münasibətimiz sonradan sevgiyə çevrildi. Bir müddət sonra mən bu gizli münasibətimi həyat yoldaşıma danışdım. O, məni bağışladı və münasibətimizi bitirməyimi istədi", - deyə Emilinin intiharı ilə bağlı Mançester şəhər məhkəməsində ifadə verən Endru hakim qarşısında söyləyib.

 

Qeyd edək ki, 25 yaşlı Emili tədbir təşkilatçılığı ilə məşğul olurdu.

 

7News.Az

Xəbər lenti