36 il əvvəl yazılaraq okeana atılan məktubun sahibi tapıldı

36 il əvvəl yazılaraq okeana atılan məktubun sahibi tapıldı

Djoşua Mendes Massaçusetsdə Keyp-Kod çimərliyində gəzərkən butulkada gizlədilən məktub aşkar edib.

"Bangor Daily News” agentliyi məlumat verir ki, sahildə tapılan məktub 36 il əvvəl yazılıb.

Məktub Men ştatının Djonsport şəhərində yaşayan 11 yaşlı Djenni Braund tərəfindən 1983-cü ilin 14 may tarixində yazılıb. O, məktubu tapan şəxsə cavab yazmasını istəyib və yaşadığı evə dəvət edib. 

D.Mendes 73 yaşlı atası ilə məktubun sahibini tapmaq qərarına gəliblər. Sosial şəbəkələrdə yayımlanan elana Keti Mari Braun adlı qadın şərh yazaraq bildirib ki, məktubu yazan şəxs onun bacısıdır və hazırda da Djonsport şəhərində yaşayır. 

 

7News.Az

Xəbər lenti