4 yaşında itkin düşmüşdü, 20 il sonra ailəsini tapdı - FOTO

4 yaşında itkin düşmüşdü, 20 il sonra ailəsini tapdı - FOTO
1999-cu ildə Belarusun Minsk şəhərində itkin düşən Yuliya adlı qız 20 il sonra tapılıb.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qızın öz ailəsini tapmasına onun sevgilisi kömək edib.

Belə ki, Yuliya 4 yaşında ikən Minsk dəmiryolu vağzalında itkin düşüb. Bu zaman azyaşlının atası qatarda yatmış olub.

Həmin vaxt dəmiryolu vağzalında iki gün davam edən axtarışlar heç bir nəticə verməyib. Yuliya isə qeyri-müəyyən şəraitdə Rusiyanın Ryazan bölgəsinə gəlib. O, burada başqa bir ailə tərəfindən övladlığa qəbul edilib.

Yuliya illər sonra başına gələnləri sevgilisi İlya Kryukova danışıb. Oğlan isə internetdə araşdırma apararaq sevgilisinin ailəsini tapmaqda ona yardım edib. DNT testi nəticəsində qızın Viktor və Lyudmila adlı cütlüyün övladı olduğu dəqiqləşib.

4 yaşında itkin düşmüşdü, 20 il sonra ailəsini tapdı - FOTO
4 yaşında itkin düşmüşdü, 20 il sonra ailəsini tapdı - FOTO
 

7News.Az

Xəbər lenti