Çadırda yaşayan ailənin faciəsi - 8 aylıq körpə ağciyər iltihabından öldü

Çadırda yaşayan ailənin faciəsi - 8 aylıq körpə ağciyər iltihabından öldü
Konyanın Ereğli mahalında çadırda qalan və əkin-biçin işləriylə məşğul olan Suriyalı İmen və Abdulvahap Dineydil cütlüyünün 8 aylıq körpəsi Muhammet yatağında ölü taplıb.

Kiçik Muhammedi cansız bədəni Ereğli dövlət xəstəxanasının morguna aparılıb.

İlkin ekspertiza zamanı məlum olub ki, Kiçik Muhammed ağciyər iltihabından dünyasını dəyişib. Hadisə ilə bağlı istintaq başladılıb.

unikal
 

7News.Az

Xəbər lenti