RU
lombard
Almaniyada yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində iki nəfər ölüb
01:30
620

Almaniyada yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində iki nəfər ölüb

Almaniyanın mərkəzində Hammersbax yaşayış massivi yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Yerli pols  xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb.
Hadisə şahidlərinin sözlərinə görə, günorta saatlarında yanacaqdoldurma məntəqəsində yanğın partlayışla müşahidə olunub.

Qurbanlardan birinin cəsədi avtomobildə, digərininki isə yaxınlıqda tapılıb.

Partlayış nəticəsində yaxınlıqdakı restoranın binasına da ziyan dəyib.

Yanğın söndürülüb. Hadisənin başvermə səbəbi hələlik müəyyən edilməyib.

Polis əməkdaşları hadisə yerində araşdırma aparır./apa
 
7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ