RU
lombard
Almaniyanın xarici işlər naziri Kiyevdən Moskvaya gəlir
22:50
746

Almaniyanın xarici işlər naziri Kiyevdən Moskvaya gəlir

Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyaya səfərə gəlir.

7NEWS.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Almaniya XİN başçısı bu gün axşam Moskvaya gələcək, yanvarın 18-də isə o, rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

S. Lavrovla danışıqlardan sonra Almaniya XİN başçısı Yeni Tretyakov Qalereyasında "Diversity United" sərgisini ziyarət edəcək. Almaniya XİN rəhbəri Aleksandr bağında naməlum əsgər abidəsinin önünə əkil qoyacaq.

Səfirliyin məlumatına görə, Almaniya xarici işlər naziri yanvarın 18-i axşamadək Moskvada səfərdə olacaq.

Qeyd edək ki, bu, Annalena Berbokun Rusiyaya XİN rəhbəri kimi ilk səfəridir. O, bu gün Kiyevdə səfərdə olub.
 
 

7NEWS.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ