Avropada hamam xalatı satdıran Azərbaycanın məşhur məmurunu ukraynalı Svetlana ilə nə bağlayır?

Avropada hamam xalatı satdıran Azərbaycanın məşhur məmurunu ukraynalı Svetlana ilə nə bağlayır?
Avropada hamam xalatı satdıran Azərbaycanın məşhur məmuru ilə bağlı yeni məlumatlar üzə çıxıb. Criminal.az saytı xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlidən gedir.
Jurnalist Cavanşir Həsənli yazır ki, ukraynalı xanım Svitlana Palamarchuk Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin Slovakiya və Ukraynadakı şirkətlərinin meneceri və kompanyonudur: "Qoşqar Təhməzli hər iki ölkədə hamam tekstili və aksessuarları satan "Saffran"ın 20 faizini onun adına rəsmiləşdirib. Adam ciddi vəzifə tutur, ölkənin ərzaq təhlükəsizliyi ona həvalə olunub". 

Qoşqar Təhməzli  
Oxucuların yadına salaq ki, C.Həsənli bir müddət əvvəl Q.Təhməzlinin avropa biznesi ilə bağlı təkzibolunmaz sənədlər ortaya çıxarmışdı. Məlum olmuşdu ki, 2018-ci ilin yanvarından fəaliyyətə başlamış Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri cənab Qoşqar Təhməzli Slovakiya və Ukraynada hamam xalatları aksrssuarları satır.  

 
Svitlana Palamarchuk 
Həmin sənədlər üzə çıxandan sonra Qoşqar Təhməzli xarici ölkələrdə biznes şəbəkəsinin olması ilə bağlı məlumatlara aydınlıq gətirib. Təhməzli mətbuata açıqlamasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə yazılanlarda hər hansı bir problem görmədiyini deyib

Svitlana Palamarchuk 
"Mən, cənab Prezidentin fərmanı ilə bu vəzifəyə təyin olunmuşam. Bu vəzifəyə təyin olunmamışdan 15 il öncə isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Mən beynəlxalq bizneslə məşğulam. Özüm də ixtisasca həkiməm. Nəinki sadalanan ölkələrdə, digər ölkələrdə də tibbi innovasiyalarla, tibbi layihələrin tətbiqi ilə, tibbi sektorda müəssisələrin qurulması ilə, labarotoriyaların təchiz olunması ilə, lal-kar uşaqların reabilitasiya məsələləri ilə məşğul olmuşam, o cümlədən də Avropada. Bu barədə də rəsmi məlumatlar gedib. Mən 2017-ci ilə qədər iş adamı olmuşam, bununla da fəxr edirəm. Dünyanın bir sıra ölkələrində iri şirkətlərin təmsilçisi olmuşam. İş adamı olmaq qəbahətdir? Eyni zamanda, Qarabağ müharibəsi veteranıyam. Qarabağda sağlamlığını itirmiş qardaşlarımızın reabilitasiyasına kömək etmişəm. Bu işlərdə bir qəbahət varmı? Mənim təyinatım olanda rəsmi məlumat getmişdi ki, illərdir özəl bizneslə məşğul olmuşam. Mən fəxr edirəm ki, öz əməyim və zəhmətimlə biznes sahəsində, tibbi sahələrdə öz işimi qurmuşam”. 

Xəbər lenti