RU
Azərbaycan vətəndaşları Türkiyədə saxlanıldılar
13:30
25

Azərbaycan vətəndaşları Türkiyədə saxlanıldılar

Türkiyədə Azərbaycan vətəndaşları saxlanılıblar.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, Çanaqqala bölgəsinin Ayvacık rayonu akvatoriyasında qadın və uşaqlar da daxil olmaqla 31 qanunsuz miqrant saxlanılıb.

Məlum olub ki, qayıqda olan şəxslər Əfqanıstan və Azərbaycan vətəndaşlardır.

Saxlanılan şəxslər aidiyyəti üzrə müvafiq qurumlara təhvil veriliblər.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ