Azərbaycanda ailə dramı – Şəhidin qardaşı faciəvi şəkildə öldü

Azərbaycanda ailə dramı – Şəhidin qardaşı faciəvi şəkildə öldü

7News.Az publika.az-a istinadən xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Xızı rayonunun Giləzi kəndindən keçən hissəsində "Hyundai" markalı maşının vurub öldürdüyü 1971-ci il təvəllüdlü Abbasov Ceyhun Ülfət oğlu şəhid qardaşı olub. Belə ki, mərhumun kiçik qardaşı Zaur Abbasov 1993-cü ildə Goranboy istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Hər iki qardaş doğulub böyüdükləri Xızının Baxşılı kəndində dəfn ediliblər.

 

Qeyd edək ki, yol qəzasında vəfat edən C.Abbasov xırda ticarətlə məşğul olurmuş.

Mərhumun fotosunu təqdim edirik.
Azərbaycanda ailə dramı – Şəhidin qardaşı faciəvi şəkildə öldü


Xəbər lenti