RU
lombard
Azərbaycanda BİABIRÇILIQ - Gənci soyundurub kafenin qarşısına atdılar - FOTOLAR
14:33
270

Azərbaycanda BİABIRÇILIQ - Gənci soyundurub kafenin qarşısına atdılar - FOTOLAR

Azərbaycanda gənci soyundurub, boğazına ip keçirdilər.

7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, bunu Azad Azərbaycanda yayımlanan "Bizimləsən" verilişinə müraciət edən və döyülən gəncin dostu Ələmdar deyib.

O, qeyd edib ki, Şəmsi ilə Sabirabaddakı əmisigilə gedib:"Axşam heç nə olmadı. Oturub çörək yedik. Səhər bərbərə gedən zaman gördük bir maşın qəza şəraitində qarşımızı kəsdi. Maşını Şəmsi sürürdü. Onlar Şəmsini maşına qoyub apardılar. Şəmsini yulğunluğa aparıb vəhşicəsinə döydülər. Saqqallı biri çıxıb mənə dedi ki, yaxın gəlsən səni də bu günə salacam. Şəmsi mənə qışqırdı ki, Ələmdar bura gəlmə. Mən dərhal polisə xəbər verdim. Mən polislə danışanda gördüm ki, Şəmsini çılpaq şəkildə boğazına ip keçirib maşına mindirdilər. Kəndin içinə girən zaman gördüm ki, Şəmsi başqa nömrə ilə zəng edib dedi ki,əmimgilə gəl. Mən polislə danışanda o iki nəfər Şəmsinin əmisinə zəng vurdu. Dedilər ki, Raci, əmi Şəmsini tutmuşuq, onu neyləyək. Dedi ki, öldürüb Kür çayına atın. Şəmsiyə deyirdilər ki, əmindən üzr istəyəcəksən".

Azərbaycanda BİABIRÇILIQ - Gənci soyundurub kafenin qarşısına atdılar - FOTOLAR
Azərbaycanda BİABIRÇILIQ - Gənci soyundurub kafenin qarşısına atdılar - FOTOLAR
Azərbaycanda BİABIRÇILIQ - Gənci soyundurub kafenin qarşısına atdılar - FOTOLAR

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ