Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında cəza çəkən məhbus özünə xəsarət yetirib.
7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, 1990 cı il təvəllüdlü Tağızadə Vasif Yusif oğlu kəsici alətlə boğaz nahiyyəsinə xəsarət yetirib. Saxlanılan şəxs dərhal Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, lazımı tibbi yardım göstərilib və hazırda vəziyyəti orta ağırdır.İlkin məlumata görə Y.Tağızadənin bu gün Nizami rayon Məhkəməsində işinə baxılıb.
7NEWS.az








