Azərbaycanda vəzifəli şəxs iş başında dünyasını dəyişdi

Azərbaycanda vəzifəli şəxs iş başında dünyasını dəyişdi

"Azərpoçt” MMC-nin Salyan filialının rəisi iş otağında ölü tapılıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 16 radələrində qeydə alınıb.

Filialın rəisi 1957-ci il təvəllüdlü Mehdiyev Elxan Ərəstun oğlunun ürək tutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

 

 
7News.Az

Xəbər lenti