Bakıda qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən Quba rayon sakini Bəhruz Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) barəsində olan cinayət işi üzrə məhkəmə işi başa çatıb.
7News.Az publika.az-a istinadən xəbər verir ki, Bəhruz Babayev paytaxtın Nərimanov rayonunda arvadı Sevda Babayeva və bir azyaşlı övladı ilə kirayə yaşayıb. O, qaldığı evdə arvadını mütəmadi olaraq döyüb və digər zorakı hərəkətlər göstərib.
Arvadına işgəncə verdi
Bəhruz Babayev arvadını güclü fiziki ağrı və psixi iztirablar verib, həmçinin onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı xüsusi amansızlıqla döyüb.
Belə ki, Bəhruz Babayev 2017-ci ilin dekabrından Bakı şəhərinə köçüblər. Həmin vaxtdan başlayaraq müxtəlif bəhanələrlə arvadına işgəncə verib. Onun bu hərəkətləri dəfələrlə təkrarlanıb, hətta bir neçə dəfə arvadını azyaşlı övladının gözləri qarşısında da döyüb.
Arvadına qarşı hamamda zorakılıq
Bəhruz Babayev sonuncu dəfə 19 oktyabr 2018-ci il tarixdə, saat 19 radələrində kirayə yaşadığı evin hamamında arvadı ilə birlikdə çimib.
Bu zaman o, arvadının bədənində göyərti izi görməsini bəhanə edib, onu döyməyə başlayıb. Həmin vaxt Sevdanın yalvarmasına və imdad diləməsinə belə əhəmiyyət verməyib. O, arvadının üz nahiyəsinə əllə qüvvətli zərbə vurmaqla ona xəsarət yetirib.
Əxlaqsızlıq davası
Bundan başqa, Bəhruz Babayev arvadının başqa kişilərlə cinsi əlaqədə olaraq ona xəyanət etməsi və əxlaqsız həyat tərzi sürməsini bəhanə edib. O, arvadını öldürmək qərarına gəlib.
Bəhruz Babayev 20 oktyabr 2018-ci il tarixdə, gecə saat 03 radələrində birlikdə kirayədə yaşadıqları mənzilin dəhlizindəki yardımçı otaqdan götürdüyü çəkiclə arvadının baş nahiyəsindən çoxsaylı zərbələr yetirib.
Amansızlıqla öldürdü
Bəhruz Babayev arvadının vurduğu zərbələr nəticəsində ölməyərək xırıldamasını eşidib. Sonra o, evdə olan əl-üz dəsmalını götürüb və onun ağız-burun nahiyəsinə sıxaraq boğub.
Daha sonra Bəhruz Babayev yenə də arvadının xırıltı səsini eşidib. Bundan sonra o, evdən götürdüyü bıçaqla arvadının başını kəsib.
Ciddi rejim, 19 il cəza
İstintaq orqanı tərəfindən Bəhruz Babayevin barəsində 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 133.1-ci (Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə ittiham elan edilib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman Bəhruz Babayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsini ittihamdan xaric edib. Digər maddələrlə təqsirli bilinən Bəhruz Babayevə 19 il cəza kəsilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Bəraət davası
Hökmdən narazı qalan Bəhruz Babayev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şikayətini belə əsaslanıdırıb ki, zərərçəkmiş şəxs öz əxlaqsız hərəkətləri ilə təqsirləndirilən şəxsi cinayəti törətməyə təhrik etdiyinə hüquqi qiymət verməyib.
Namus qətlinə bəraət yoxdur
Bəhruz Babayev qeyd edib ki, zərərçəkmiş şəxs özünün əxlaqsız hərəkətləri ilə onu cinayəti törətməyə təhrik edib. Cinayəti məcbur qalaraq törədəndən sonra hüquq-mühafizə orqanlarına könüllü təslim olmasını qeyd edib.
Bəhruz Babayevin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Vaqif Mursaqulovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin olunmayıb.
Azərbaycandakı bu hadisə hər kəsi DƏHŞƏTƏ GƏTİRƏCƏK: ər hamamda arvadı ilə birlikdə...

11 Sentyabr 2019, 15:00
11 Sentyabr
2019
15:00
195
Şikayətiniz varsa
Xəbər lenti
-
23:51“ASAN Peşə” Təhsil Mərkəzinin direktoru özbaşınalıq edir-VİDEO
-
23:13Millət vəkili Cavid Osmanovun himayədarlıq etdiyi Bələdiyyə "xanı" Əli Musayev
-
22:28Bakıda insanlara hücum edən yarıçılpaq şəxs danışdı: “Viski götürdüm, dalımca gəldi...” - VİDEO
-
22:25Ərdoğana ağır itki üz verdi (FOTOLAR)
-
22:20Ağstafa Regional Mədəniyyət İdarəsinin gənc işçiləri “Kreativ Azərbaycan” portalının təqdimatında
-
22:06Baytarlıq Elmi-Tədqiqat İnstitutunda Barama İstehsalçıları Şurasının iclası keçirilib
-
18:21"Ümid yeri" uşaq sığnacağında yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş tədbir - FOTO - VİDEO
-
18:1712 min nəfər əhaliyə ŞAD XƏBƏR
-
18:00Analığı və atası tərəfindən işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ... - Komitə sədri
-
17:50Zooparkda qorxulu anlar - Şir ona yemək verən adamı parçalamaq istədi - VİDEO
-
17:40Həkimlə əlbir olub saxta əlillik dərəcəsi düzəldən şəxs ifşa olundu
-
17:30Acun Ilıcalı: Ayda nə qədər pul qazandığımı bilmirəm - VİDEO
-
17:28Dövlətə 1.3 milyon borcu olan şirkət Bərdəni necə abadlaşdırdı?
-
17:23Çingiz Qənizadə Ağdaşa başçı getmək istəyir, amma... - rayon camaatı ETİRAZ EDİR
-
17:20SON DƏQİQƏ: Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı - TƏFƏRRÜAT
-
17:10Mağazada oynayan uşaqlara yaxınlaşaraq yumruq atdı - VİDEO
-
17:00Terrorçu ilə evlənən gözəllik müsabiqəsinin finalçısı məhkəməyə çıxarılıb - FOTO
-
16:58İlin Fövqəladə Korrupsiya Nazirliyi: Heydərov bir yanğını söndürə bilmirsə... - Statistika
-
16:50Çılpaq pozlar verən model: "Bəzi cütlüklər mənə qrup şəklində intim münasibət təklif edirl" - FOTO
-
16:43Ermənistanla sərhəddə döyüş mövqeləri 1,5-1,7 kilometr irəli çəkilib - RƏSMİ
-
16:41Prezident İlham Əliyev: "Əminəm ki, Rusiya-Azərbaycan münasibətləri ölkələrimizin, xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək"
-
16:40“Allahı yuxuların dərinliklərində tapmaq olar...”
-
16:36“Azərcell” Ermənistanla müəmmalı əməkdaşlığa son qoyacaq?
-
16:36AST Telmanın qardaşı nəvəsi Bakıda həbs edildi
-
16:34DEPUTATIN İDDİASI RƏDD EDİLDİ - Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib?
-
16:32Təhsil Nazirliyi Tərtərdə yerləşən 10 saylı ƏMHM-də təftişə başlayıb
-
16:30Aysel Əlizadədən ŞOK SÖZLƏR: "Həmin o qadın cinsinə ləkə gətirən..."
-
16:29Rihanna Milad bayramını belə qeyd etdi - VİDEO
-
16:20Nadir metal qızılın dəyərindəki mütləq rekordu qırdı
-
16:10Putin altı nəfərin müşayiəti ilə tualetə getdi - VİDEO
-
16:04Bakıda məcburi köçkünlər acınacaqlı şəraitdə yaşayır - VİDEO
-
16:00Qanaxması olan jurnalistə broyler məsləhət gördülər, öldü
-
15:59Adnan Oktarın "kedicik"ləri artıq "ev kedisi" olacaqlar - 91 nəfər buraxıldı
-
15:56SON DƏQİQƏ: Bakıda ağac lüks avtomobillərin üstünə aşdı - "Axşam toyu olacaqdı..." - VİDEO
-
15:50“Əbədi cavan” model cazibədarlığının sirrini açdı - FOTO
-
15:43Bakıda "Uşaqlığın son gecəsi" filminin aktyorunun meyiti tapıldı - TƏFƏRRÜAT/FOTO
-
15:40Aparıcı evinə qonaq gələn uşağı zorlayıb - "Olanları anana demə..." - FOTO
-
15:30Bakıda dəhşət: Evakuatorun üstündəki dəmir sürüşüb başqa maşının şüşəsindən içəri girdi - VİDEO
-
15:20Gül səbətinin altında İrandan Azərbaycana narkotik keçirmək istədi - FOTO
-
15:10Bakıda 12 yaşlı ruhi xəstə itkin düşdü
13 Dekabr 2019
Digər xəbərlər
-
HADİSƏ
SON DƏQİQƏ: Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı - TƏFƏRRÜAT
-
HADİSƏ
İlin Fövqəladə Korrupsiya Nazirliyi: Heydərov bir yanğını söndürə bilmirsə... - Statistika
-
HADİSƏ
AST Telmanın qardaşı nəvəsi Bakıda həbs edildi
-
HADİSƏ
SON DƏQİQƏ: Bakıda ağac lüks avtomobillərin üstünə aşdı - "Axşam toyu olacaqdı..." - VİDEO
-
HADİSƏ
Bakıda "Uşaqlığın son gecəsi" filminin aktyorunun meyiti tapıldı - TƏFƏRRÜAT/FOTO
-
HADİSƏ
Bakıda dəhşət: Evakuatorun üstündəki dəmir sürüşüb başqa maşının şüşəsindən içəri girdi - VİDEO
-
HADİSƏ
DSX Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşını saxladı - Foto
-
HADİSƏ
Azərbaycanda şok hadisə: Rusiyadakı dostunu arvadı ilə yazışarkən tutdu, qızını...
-
HADİSƏ
Əhməd Əhmədzadə və Əsabil Qasımov öz oğullarını deputat seçdirmək istəyirlər…