Bakıda avtomobil 33 yaşlı qadını vuraraq xəstəxanalıq etdi

Bakıda avtomobil 33 yaşlı qadını vuraraq xəstəxanalıq etdi

Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az oxu.az-a istinadən xəbər verir ki, qəza ehtiyat hissələri anbarının yaxınlığında qeydə alınıb.

 

Minik avtomobili piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Xəyalə Qəhrəmanovanı vurub.

Yaralı xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

7News.Az


Xəbər lenti