Bakıda hoteldə kişi meyiti aşkarlanıb.
Hadisə iyunun 8-də axşam saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki hoteldə baş verib.
Hotel nəzarətçisi istirahət otaqlarından birində ortayaşlı kişini hərəkətsiz vəziyyətdə aşkarlayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Araşdırmalarla həmin meyiti aşkarlanan şəxsin Şəmkir rayon sakini, 1969-cu il təvəllüdlü Yusif Əbülfət oğlu Bayramov olduğu müəyyən edilib. İlkin ehtimala görə, Y.Bayramov ürək çatışmazlığından vəfat edib.
Faktla bağlı araşdırma aparılır.








