Bakıda iki qadın intim görüntüləri ilə şantaj edildi - Polisə şikayət

Bakıda iki qadın intim görüntüləri ilə şantaj edildi - Polisə şikayət

Bakının Səbail rayonunda iki qadın intim görüntüləri ilə şantaj edilib.

7News.Az teleqraf.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakinləri R.Babaşova və Ö.Bağırova bir kişi tərəfindən şantaj olunmaları barədə Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə müraciət ediblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hər iki qadına hədə-qorxu gələrək, onlardan pul almaqda şübhəli bilinən Ağdam rayon sakini K.Baxşıyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

 

7News.Az

Xəbər lenti