Bakıda namus cinayəti: kişi gəlininin başını balta ilə əzdi

Bakıda namus cinayəti: kişi gəlininin başını balta ilə əzdi

Ötən gün Bakıda dəhşətli cinayət baş verib.

7News.Az baku.ws-yə istinadən xəbər verir ki, hadisə dünən saat 19 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evlərinin birində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Füzuli rayonunda anadan olmuş, orta təhsilli, əvvəllər məhkumluq həyatı yaşamış Firdovsi Əkbər oğlu Məhərrəmov gəlini 1989-cu il təvəllüdlü, 4 uşaq anası Cəmilə Fərhad qızı Məhərrəmovanı baltalayıb.

Kişi gəlininin başına balta ilə bir neçə zərbə endirib. Qadın yerindəcə keçinib.

Məlumat daxil olan kimi Xəzər Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Hadisə yerindən üzərində qan ləkələri olan balta tapılıb.

 

Polisin keçirdiyi əməliyyat nəticəsində gəlinini baltalayıb öldürən Firdovsi Əkbər oğlu Məhərrəmov tutulub. O, dindirilərkən, törətdiyi cinayəti etiraf edib.

Qeyd edək ki, gəlini öldürən Firdovsi Məhərrəmov həbsxanadan yeni çıxıbmış. O, gəlinini namus üstündə öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

7News.Az

 

Xəbər lenti