Bakıda qadın evdən 10 min manatlıq qızıl oğurladı

Bakıda qadın evdən 10 min manatlıq qızıl oğurladı
Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də rayon ərazisindəki evlərin birindən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Loktionova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 

7News.Az

Xəbər lenti