Bakıda qadın niyə sevgilisinə 33 bıçaq vurub? - TƏFƏRRÜAT

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda özündən səkkiz yaş kiçik sevgilisini öldürməkdə təqsirləndirilən, 1987-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
7News.Az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Vüqar Quliyev ittiham aktını elan edib.
Məlum olub ki, G.Hüseynova sevgilisini onunla rəsmi nikaha girəcəyi barədə verdiyi vədlərə əməl etmədiyi üçün öldürüb. G.Hüseynova özünü qismən təqsirli bilib.
Prosesdə şahidlər ifadə verib.
Polis mayoru Müşfiq Cabbarov deyib ki, hadisə günü ərazinin sahə inspektoru olub və hadisə yerinə gedib:
"Gördüm, hər tərəf qan içindədir. Pəncərələr sınıb, oğlan isə artıq ölmüşdü. Qadın həddindən artıq qorxurdu, əsirdi. Ana-ana deyə qışqırırdı”.
Onun sözlərinə görə, təqsirləndirilən şəxs G.Hüseynova Vüqar Atakişiyevi hansı səbəbdən öldürdüyünü də danışıb:
"Mənə dedi ki, Vüqarla bacısının vasitəsilə tanış olublar. Bir il müddətində sevgili olublar. Ancaq sonradan oğlan onun bakirəliyini pozub. Qız da ona deyib ki, məni al, oğlan imtina edib, başqası ilə evlənəcəyini deyib. Bu danışıq qızın xoşuna gəlməyib və onu öldürüb. Orda da oğlanı çox sevdiyini deyirdi. Mənə dediyinə görə, mərhuma başqası ilə evlənsə də, yenə görüşmək təklif edib. Oğlan razı olmayıb. Qız isə sonuncu dəfə görüşmək üçün çağırıb, iki dəfə cinsi münasibətdə olduqdan sonra oğlanı qətlə yetirib”.
Digər şahid polis əməkdaşı Fuad Əliyev də hadisə barədə danışıb. Onun sözlərinə görə, hotelin administratoru Ramil ona zəng edib, bıçaqlanma hadisəsi olduğunu deyib:
"Mən hadisənin necə baş verdiyini bilmirəm”.
Polis əməkdaşı Ülvi Mirzəzadə isə qətl hadisəsini görən yeganə şahid olduğunu deyib. Onun sözlərinə görə, qışqırtı səsinə gəlib, otağın qapısını sındırıb:
"İçəri girəndə gördüm ki, hər ikisi çılpaq vəziyyətdədir, oğlan qan içindədir. Qızın əlində bıçaq vardı, qeyri-ixtiyari bıçağı hərəkət etdirirdi, amma oğlanın bədəninə vurmurdu. Mən içəri girəndə artıq 33 bıçaq vurmuşdu. Şok vəziyyətində idi, məni eşitmirdi. Sonradan bıçağı yerə qoyub əynini geyindi. Amma tez-tez bizə yalvarırdı, deyirdi ki, mən onu sevirəm, ölməsin”.
Proses fevralın 19-da davam etdiriləcək.
Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də, gecə saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "Grand” hoteldə baş verib. Həmin ərazidə Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevlə hotelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Hoteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb.
Bu zaman qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.
Məlumata görə, G.Hüseynovanın V.Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub.
7News.Az
Xəbər lenti
-
20:14Rüstəm İbrahimbəyov uzun aradan sonra Bakıya gəldi və tanınmışları restorana topladı - FOTOLAR
-
19:57Azərbaycanlı və gürcü gənclər Tbilisidə bir araya gəldi: “Qafqazda sülh istəyirik!”
-
11:08Region Gənclərinin 1-ci SahihkarlıqForumu
-
10:23Efirdə Elarizin ünvanına: “Bunun keçəlinə baxın” – Video
-
10:17Sabir Fondu yeni layihəsini təqdim etdi
-
09:03Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşlarına olan insani münasibətinin nəticəsidir
-
01:13SON DƏQİQƏ: Fətullah Gülən yaxalandı, sabah Türkiyəyə ekstradisiya ediləcək
-
15:58Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirildi – FOTO
-
15:00Rəqqasə ad günü etdi, hamı qırmızı geyindi - Fotolar
-
14:30Ər müəllim arvadını şagirdi ilə yataqda tutdu, şəkillərini çəkib, uşağın atasına göndərdi - FOTO
-
14:00İzzət telefonların yığışdırılmasını istədi
-
13:50Məşhur rok qrup Trampı təhqir etdi
-
13:40Fatimə AĞIR İTKİSİNDƏN danışdı - FOTO
-
13:30Tərinizdən Pis Qoxu Gəlir? – Bu Qidaların Nəticəsidir – SİYAHI
-
13:28Aqil Ələsgər nüfuzlu beynəlxalq mükafata layiq görüldü – “EkoAvrasya” Türk dünyasını bir araya gətirir - VİDEO
-
13:20Bakıda ərdə olan bacısını başqa kişi ilə tutan qardaş dəhşət saçdı
-
13:10Anadan yaş yarımlıq qızına qarşı ağılasığmaz hərəkət - Şprislə qanına maye sabun yeridib və... - FOTO
-
13:00Aviaqəzada həlak olan futbolçunun cəsədi vətəninə göndərildi
-
12:50Avtobus gənc qadını vuraraq öldürdü - VİDEO
-
12:4040 illik ŞÜBHƏ - Körpənin məzarını açdırdı və...
-
12:30Ərindən Cəmiləyə SƏRT QADAĞA: “Buna məcburam”
-
12:28"Bakcell" və ENGİNET “Təhlükəsiz İnternet günü” ilə bağlı təlimlər keçirib
-
12:20Məşhur aktrisanın hicablı qadınları təhqir etdiyi anın görüntüləri yayıldı — VİDEO
-
12:10Yaşayış binası uçdu - Dağıntılar altında qalanlar var
-
12:00Orlando Blumla Keti Perri nişanlandı - FOTO
-
11:50Dava Həbibə baha başa gəldi - 250 min dollar ödədi
-
11:40Aytən Səfərova tanınmaz halda - Video
-
11:30Mingəçevirdə 34 yaşlı kişi bıçaqlandı
-
11:20Alimlərimizdən yeni tədqiqat: yarımadada banan, manqo yetişdirdilər
-
11:10Şamaxı ağappaq oldu - FOTO
-
11:07Mehriban Əliyevanın rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib – Nazir müavini
-
11:00Məşhur aktrisadan iddialı fotosessiya
-
10:50Gürcüstanda qeyri-adi avtomobil yarışı keçiriləcək
-
10:408 aylıq hamilə qardaşı arvadını öldürdü: ifadəsi DƏHŞƏTƏ GƏTİRDİ - FOTO
-
10:30Azərbaycanda TÜKÜRPƏDƏN HADİSƏ - Övladı olmayan cütlük özlərini asdılar
-
10:20Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək
-
10:19Çeçenlərlə azərbaycanlılar görüşdülər – VİDEO
-
10:10Gömrük orqanlarına yenidən qayıdan vəzifəli şəxslərə güzəştlər tətbiq edildi
-
10:00"Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki" təsdiqləndi
-
09:48Leyla Əliyeva “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışında - FOTO
Digər xəbərlər
-
HADİSƏ
Bakıda ərdə olan bacısını başqa kişi ilə tutan qardaş dəhşət saçdı
-
HADİSƏ
Avtobus gənc qadını vuraraq öldürdü - VİDEO
-
HADİSƏ
Mingəçevirdə 34 yaşlı kişi bıçaqlandı
-
HADİSƏ
Azərbaycanda TÜKÜRPƏDƏN HADİSƏ - Övladı olmayan cütlük özlərini asdılar
-
HADİSƏ
Bakıda daha bir sürücü "qoçuluq" edib yol kəsdi - VİDEO
-
HADİSƏ
SOCAR-ın işçisi dənizə düşərək öldü
-
HADİSƏ
Bakıda qardaşdan ailəli bacısına qarşı dəhşətli əməl – Təfərrüat
-
HADİSƏ
Bakıda faciəvi hadisə - 23 yaşlı qız öldü
-
HADİSƏ
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO