Bakıda qanunları kobud şəkildə pozan yol polisi kimdir? — Təhlükəli manevrlər edir (VİDEO)

Bakıda qanunları kobud şəkildə pozan yol polisi kimdir? — Təhlükəli manevrlər edir (VİDEO)

Bakıda qaydaları kobud şəkildə pozan yol polisi əməkdaşı kameraya düşüb. 


Bu barədə  demokrat.az-a vətəndaşlardan biri şikayət göndərib. 


Belə ki, Nizami rayon Yol Polisi Şöbəsinin əməkdaşı 99 YP 276 dövlət nömrə nişanlı patrul avtomobilində manevr qaydalarını pozur. 


Heydər Əliyev prospektində sağdan ötmə edən YPX əməkdaşı bu zaman sayrışan işıq və səs siqnalından istifadə etməyib. 


Həmçinin digər sürücü üçün qəza şəraiti yaradıb. 


Bununla da Yol Hərəkəti haqqında qanunun 42-ci maddəsinin tələblərini pozub. 


İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə sürücü 40 manat məbləğində cərimə olmalıdır.


Həmin videonu təqdim edirik. 


Qeyd edək ki, videonu sürücülərdən birinin avtomobilində olan vidroqeydiyyatçısı çəkib.

 


7News.Az

Xəbər lenti