RU
lombard
Bakıda səfirin müşavirinin maşını ALOVLANDI
16:00
196

Bakıda səfirin müşavirinin maşını ALOVLANDI

Bakıda İraq səfirinin müşavirinin avtomobili yanıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb.

İraqın Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışan, 1979-cu il təvəllüdlü Məhəmməd Talan Mirani idarə etdiyi İraq Səfirliyinə məxsus "Volkswagen-Passat" markalı 009-T-005 qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsində baş verən qısa qapanma nəticəsində yanğın olub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ