Bakılı Zoya İstanbulda buna görə saxlanıldı - VİDEO

Bakılı Zoya İstanbulda buna görə saxlanıldı - VİDEO
Türkiyədə oğurluqda şübhəli bilinən Azərbaycanlı qadın saxlanılıb.

7News.Az unikal.org-a istinadən xəbər verir ki, qadının İstanbul Arnavutköydəki bir iş yerindən 2 ədəd mobil telefonu cibgirlik üsuluyla oğurladığı iddia edilir.

İş yeri sahibi itmiş mobil telefonlarla bağlı polisə məlumat verib.

Təhlükəsizlik kamerasını izləyən polis əməkdaşları əslən Bakıdan olan 37 yaşlı Zoya.K adlı qadının yaşadığı evə gedərək onu tutublar.

Məhkəməyə sövq edilən qadını şərti azadlığa buraxılıb.


 

7News.Az

Xəbər lenti