Bakının mərkəzində dəhşətli anlar – Hamının gözü qarşısında qana boyadılar – VİDEO

Bakının mərkəzində dəhşətli anlar – Hamının gözü qarşısında qana boyadılar – VİDEO

Bakının mərkəzində, 28 MALL-ın qarşısında bıçaqlanma hadisəsi baş verib.


Şəxsiyyətləri hələ məlum olmayan iki şəxs arasında dava düşüb. Tərəflərdən biri digərinin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirib.


Ərazidə xidmət aparan polis işçiləri bıçaqlı şəxsi zərərsizlədirərərk, Polis Bölməsinə aparıblar.

Yaralı şəxs isə açır bədən xəsarəti alıb, çoxlu qan itirib.

***

17:23


Məqsədi vətəndaşı öldürmək olan şəxsi polis zərərsizləşdirib.


İctimai təhlükəli əməl şəxsi münasibətlər pozulması zəminində baş verib.


Bu barədə BakuPost -un sorğusuna cavab olaraq, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, 1992-ci təvəllüdlü Bakı şəhər sakini R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi RPİ Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində müəyyən olunaraq saxlanılaraq, müvafiq polis şöbəsinə təhvil verilib: "Faktla bağlı Nəsimi RPİ-də araşdırmalar aparılır, ictimai təhlükəli əməlin təfərrüatları öyrənilir”.


E.Hacıyevin sözlərinə görə, xəsarət alan şəxsin vəziyyəti qənaətbəxşdir, xəstəxanaya yerləşdirilib.






 

Xəbər lenti