"Başqa kişiylə münasibətim var, ay namussuz" sözləri cinayətə səbəb oldu

Vəkil həyat yoldaşını qətlə yetirən həkim ömürlük həbs cəzası alıb.

Türkiyənin Diyarbakır şəhərində 45 yaşlı həkim vəkillik edən 43 yaşlı xanımını qətlə yetirib.

45 yaşlı Mesut Issı hakim qarşısında ifadə verərkən peşman olduğunu söyləyib.

"Məndən boşanmaq istəyirdi. Hadisə baş verən gün onunla söhbət etmək istədiyimi dedim. Mənə "2 il yarımdır başqa kişiylə münasibətim var. Niyə hələ də mənlə danışmaq istəyirsən, namussuz?" dedi. Mən də əsəblərimə hakim ola bilməyib, öldürdüm. Peşmanam".

Qeyd edək ki, 11 gülləylə xanımını qətlə yetirən M.Issı uşaqlarını atasının yanına aparıb, sonra da polisə təslim olub.

7News.Az

Xəbər lenti