>
RU
lombard
Bərdədə karantin qaydalarının pozulduğu restoran aşkar edilib
15:00
310

Bərdədə karantin qaydalarının pozulduğu restoran aşkar edilib

Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 7NEWS.Az-a verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən "Qızıl Tac” şadlıq sarayında keçirilən toy mərasiminin "icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntusu ilə əlaqədar restoranın sahibinə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati qaydada protokol tərtib edilib.

 
7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ