Dağ-xizək kurortunda faciə: cavan oğlan sevgilisini və onun ailəsini güllələdi

Dağ-xizək kurortunda faciə: cavan oğlan sevgilisini və onun ailəsini güllələdi

Avstriyanın Kitsbuel dağ-xizək kurortunda 25 yaşlı gənc beş nəfəri qətlə yetirib.

"Der Spiegel” xəbər verir ki, cavan oğlan qısqanclıq zəminində 19 yaşlı qızı, onun qardaşını, valideyinlərini və təzə sevgilisini öldürüb.

Qeyd olunur ki, oğlan öldürdüyü qızla bir müddət görüşüblər, lakin hadisədən iki ay əvvəl ayrılıblar.

O səhər tezdən tüfənglə keçmiş sevgilisinin evinə gəlib və onu ailəsi ilə birlikdə yatdıqları yerdə qətlə yetirib.

Hadisədən qabaq qatil restoranda qızın yeni sevgilisi ilə mübahisə edib və onu öldürüb. 

 

7News.Az

Xəbər lenti