Dəhşət: Həbsdən yeni çıxdı, arvadını güllələdi - Fotolar

Dəhşət: Həbsdən yeni çıxdı, arvadını güllələdi - Fotolar
Həbsdən yeni çıxan kişi evinin önünə gələrək keçmiş həyat yoldaşını dəfələrlə güllələyib. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kadıköydə dəhşətli cinayət hadisəsi baş verib. Belə ki, iki uşaq anası N.Ç adlı qadın evinin önündə uşağı ilə birlikdə dayanıb. 

Bu zaman həbsdən yeni çıxan həyat yoldaşı ona yaxınlaşaraq mübahisə etməyə başlayıb. O.Ç adlı şəxs mübahisə zamanı silahını çıxararaq qadını güllə yağışına tutub. 

Ayaqlarından yaralanan qadın yerə yıxılıb. Hadisədən bir neçə saniyə öncə qadının uşağı qucağından yerə qoyması azyaşlının həyatını qurtarıb. 

Arvadını vuran şəxs isə daha sonra avtomobilə minərək hadisə yerindən qaçıb. Qadın isə xəstəxanaya yerləşdirilib. 

Dəhşət: Həbsdən yeni çıxdı, arvadını güllələdi - Fotolar

Dəhşət: Həbsdən yeni çıxdı, arvadını güllələdi - Fotolar
Dəhşət: Həbsdən yeni çıxdı, arvadını güllələdi - Fotolar
 

7News.Az

Xəbər lenti