DİN Yevlaxda əməliyyat keçirdi - FOTO

DİN Yevlaxda əməliyyat keçirdi - FOTO

Yevlax rayon sakinindən narkotik maddə götürülüb.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat məlumatı əsasında rayon sakini Cəlal Abduyev yaşadığı Havarlı kəndinin yaxınlığında polislər tərəfindən tutulub. 

Onun evinə baxış keçirilən zaman 2 kiloqram 15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı C.Abduyev barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

 

7News.Az

Xəbər lenti