Diş ağrılarından bezən kişi özünü asdı

Diş ağrılarından bezən kişi özünü asdı

Diş ağrılarından bezən kişi özünü asıb.

7News.Az Nyu-York Post-a istinadla xəbər verir ki, 38 yaşlı Antoni Hoskinsin (Anthony Hoskin) özünə qəsdi ilə bağlı keçirilən məhkəmə prosesi zamanı onun intihar səbəbi məlum olub.

Antoninin anası hakim qarşısına çıxaraq oğlunun diş ağrılarından bezdiyi üçün özünü öldürdüyünü söyləyib. O bildirib ki, bir aydan çox davam edən ağrılara dözə bilməyən oğlu canına qəsd edib.

Ağıl dişinə görə uzun müddət əziyyət çəkən Antoni gecələr yatmaq üçün ağrıkəsici və viskidən istifadə etsə də, səhərlər yenidən dişi ağrıyıb.

 

Qeyd edək ki, Anthony Hoskinsin cəsədi aprel ayının 3-də İngiltərədə, Southemptondakı evindən tapılıb.

7News.Az

Xəbər lenti