Dünyanın ən isti iş yeri necə görünür? - FOTO

Dünyanın ən isti iş yeri necə görünür? - FOTO

Efiopiyadakı duz mədənlərinin işçiləri gündə orta hesabla 6.5 dollar maaş almaq üçün 50 dərəcə istidə işləmək məcburiyyətində qalır.

Bu, Yer kürəsindəki ən isti iş yeridir.

Duz mədənləri Afar hövzəsində yerləşir və 155 min kvadrat kilometr ərazini əhatə edir.

Efiopiyanın, demək olar ki, bütün duzu Danakil hövzəsi, xüsusilə Afdera gölü ətrafından əldə olunur.

Hər gün duz piltələrini daşımaq üçün buradan təxminən iki min dəvə karvanı və minlərlə eşşək keçir. İşçilər günün ən isti vaxtına qədər işi bitirmək üçün səhər açılmadan işə başlayırlar.

 

7News.Az

Xəbər lenti