SON DƏQİQƏ: "Ege hospital"da müalicə alan 20 yaşlı gənc ölüb

SON DƏQİQƏ:
Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Ege hospital”da ölüm hadisəsi baş verib.

7News.Az xəbər verir ki, hospitalda müalicə alan Sabirabad rayon sakini, 20 yaşlı Şamxal Məmmədov vəfat edib.

Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Məsələ ilə bağlı "Ege hospital”a müraciət edilib, lakin xəstəxanadan açıqlama almaq mümkün olmayıb.
 

7News.Az

Xəbər lenti