Ermənilər Çıraqlı kəndini atəşə tutdu – Cəbhədən son xəbər

Ermənilər Çıraqlı kəndini atəşə tutdu – Cəbhədən son xəbər

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun cəbhə xəttində yerləşən Çıraqlı kəndini atəşə tutub.

7News.Az "Report"a istinadən xəbər verir ki, düşmən ötən gün axşam və bu gün səhər saatlarında Çıraqlı istiqamətində yerləşən qoşunların təmas xəttində atəşkəs rejimini pozub.  

Düşmən əsas hədəf kimi mülki əhalini seçib. Lakin xəsarət alan olmayıb. Mərmilər cəbhə kəndində evlərin dam örtüyünə və hasarlarına dəyib.

 

7News.Az

Xəbər lenti