RU
lombard
Əzizə Baxşıyevanın işdən çıxarıldığı təsdiqləndi Cavanşir Feyziyev çətin durumda(YENİLƏNİB)
16:38
496

Əzizə Baxşıyevanın işdən çıxarıldığı təsdiqləndi Cavanşir Feyziyev çətin durumda(YENİLƏNİB)

"Avromed" QSC baş direktorun işdən çıxarılması ilə bağlı açıqlama yayıb. AFN həmin açıqlamanı ixtisarla təqdim edir:

Avromed QTSC hüquq-mühafizə orqanlarının apardığı operativ fəaliyyəti təqdir edir və bu kimi halların müəyyənləşdirilməsində yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirir.
Bəzi xəbər saytlarında keçirilən əməliyyat zamanı istintaqa cəlb edilənlər arasında "Avromed Company” QSC-nin baş direktorunun həyat yoldaşının olduğuna dair yazılar yerləşdirilib. Bununla bağlı bildirmək istəyirik ki, "Avromed” sahibkar Riad Məmmədova tibbi maska satışı həyata keçirməyib. Şirkətimiz bu məsələlərlə bağlı hüquq mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazırdır.
Qeyd edək ki, Əzizə Baxşiyeva rəsmi olaraq 20 fevral 2020-ci il tarixindən istefa ərizəsi yazmış və həmin tarixdən 6 mart 2020-ci tarixinədək təhvil-təslim prosesində idi. Hazırda Ə.Baxşiyevanın "Avromed Company” QSC ilə birbaşa və dolayısı əlaqəsi mövcud deyil.

***

"Avromed” şirkətinin baş direktoru Əzizə Baxşıyeva tutduğu vəzifədən azad edilib.



Bu barədə AFN-ə məlumat verən mənbənin sözlərinə görə, Ə.Baxşıyeva həyat yoldaşı Riad Məmmədovla bağlı qalmaqaldan sonra işdən çıxarılıb. Xatırladaq ki, Daxili İşlər Nazirliyi bir neçə gün öncə koronavirus epidemiyası ilə bağlı tibbi maska qıtlığı yaranan ərəfədə ölkədən 1 milyondan çox maska çıxarmaq istəyən şəxsləri saxlamışdı. Onların arasında "Avromed” şirkətinin baş direktoru Əzizə Baxşıyevanın həyat yoldaşı Riad Məmmədov da var idi. R.Məmmədov Bakıda aptek şəbəkəsinə rəhbərlik edir. O, həbs edilməsə də, bu işlə bağlı araşdırmaların davam etdirildiyi, yekunda R.Məmmədov və onunla birgə saxlanılanların əməlinə hüquqi qiymət veriləcəyi bildirilir.
Məlumatı dəqiqləşdirmək şirkətə zəng vurduq. Telefona cavab verən xanım bildirdi ki, onlara heç bir məlumat verməmək və rəhbərliklə əlaqələndirməmək tapşırığı verilib.
Qeyd edək ki, "Avromed" şirkəti deputat Cavanşir Feyziyevə məxsusdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ