Gəncə sakini Kürdəmirdə piyadanı vurub öldürdü

Gəncə sakini Kürdəmirdə piyadanı vurub öldürdü

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

7News.Az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralında, rayonunun Qarabucaq kəndi ərazisində qeydə alınıb. 

Gəncə şəhər sakini İsgəndərov Elsevər Müzəffər oğlu idarə etdiyi "DAF” markalı yük maşını ilə hərəkətdə olarkən yolu keçən, rayonun Qarabucaq kənd sakini, 1979-cu il təvəllüdlü Qarayev Nizami Əlqara oğlunu vurub. 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla araşdırma aparılır.

7News.Az

Xəbər lenti