Gəncədə arvadını öldürən şəxs saxlanıldı

Gəncədə arvadını öldürən şəxs saxlanıldı

Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirən şəxs saxlanılıb.

7News.Az report-a istinadən xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən Salyan şəhər sakini, 1986-cı il təvəllüdlü Zaur Vaqif oğlu Orucov polis əməkdaşları tərəfindən yaxalanıb.

 

Qeyd edək ki, Z.Orucov şəhərin Zülfü Hacıyev küçəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Nuranə Vəfa qızı Quliyevanı şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

***22:59

Gəncədə qətl hadisəsi baş verib.

Sonxeber.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Şəhər sakini Zaur Orucov şəxsi mübahisə zəmnində həyat yoldaşı 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı qətlə yetirib.

Ər arvadına bir neçə bıçaq zərbəsi vurub. Nəticədə qadın yerindəcə keçinib.

Hələlik qətlin təfərrüatları məlum deyil, hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırma başlanılıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

 

7News.Az

Xəbər lenti