Türkiyənin əfsanəvi sənətkarları Türkan Şorayla Ediz Hun illər sonra bir araya gəliblər.
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda tədbirlərin birində görüşən 77 yaşlı aktrisa ilə 82 yaşlı aktyor birlikdə rəqs ediblər. Onların bu görüntüsü sosial şəbəkələrdə geniş şəkildə paylaşılıb.
Ətraflı
Qeyd edək ki, T. Şorayla E. Hun "Tatlı meleğim”, "Çile”, "Güllü”, "Gençlik rüzgarı”, "Seven kadın unutmaz” və s. filmlərdə birlikdə rol alıblar.










