İmamoğlu azərbaycanlıların adını NİYƏ ÇƏKMƏDİ? - Qərbi sevindirən NƏTİCƏ

İmamoğlu azərbaycanlıların adını NİYƏ ÇƏKMƏDİ? - Qərbi sevindirən NƏTİCƏ

Dünyaya ram olunan Türkiyə lazımdır.

Politoloq Əhəd Məmmədli Redaktor.az-a açıqlamasında İstanbulda keçirilən seçkinin nəticələrinin AKP-nin məğlubiyyəti kimi təqdim olunmasına münasibət bildirib. Politoloq hesab edir ki, ramolunmaz Türkiyə, türkün düşmənlərinə qətiyyən lazım deyil:

"Qərb mətbuatının ötən gün manşetləri İstanbul seçkilərinə həsr edilib. AKP-nin  İstanbul Baş Bələdiyyə seçkilərində məğlubiyyətinə Qərbin sevinməsi təəccüblü deyil. Ərdoğanın liderliyi ilə AKP Türkiyəni yenidən ramolunmaz etməyi bacardı. Qərbdəki havadarlarının dəstəyi ilə kemalistlər, tenqriçilər, PKK-çılar birləşərək müsəlmanlar üzərində İstanbulda müvəqqəti qələbə qazandılar”.

Politoloq qeyd edib ki, CHP-nin qardaş ölkədə hakimiyyəti dövründə Azərbaycana heç vaxt xeyiri dəyməyib:

"Erməniləri belə təbrik edən, amma azərbaycanlıları yada salmayan İmamoğlunun Azərbaycanda qalibiyyətinə sevinən 3-4% marginal dəstənin islama olan nifrətdən bir az gözləri açılsın. Türkiyə tarixinə bir az nəzər yetirsələr görərlər ki, CHP hakimiyyəti dövründə Məhəmməd Əmin Rəsulzadəni Türkiyədən qovan Mustafa Kamal, Azərbaycan türklərini ruslara açıq ölümə təhvil verən İsmət İnönü, bir helikopteri Azərbaycana verməyən Süleyman Dəmirəl olub. İmamoğlu da Türkiyə prezidenti olsa, ilk qərarlarından biri Ermənistanla sərhədlərin açılması olacaq. PKK-nın açıq aşkar dəstək verdiyi və FETÖ-PKK cütlüyünün hesabına İstanbul seçkilərini qazanan İmamoğlunun qələbəsinə sevinənlər yanılır”.

Ə. Məmmədli vurğulayıb ki, Türkiyə xalqının ram olunub-olunmayacağını zaman göstərəcək:

"Bu Türkiyə xalqından asılı olacaq. Türkiyə xalqı ram olunmaq istəyəcəksə, CHP-İYİ-HDP-FETÖ-yə səs verməyə davam edəcək. Ram olunmaq istəməsələr, səsləri AKP-MHP ittifaqının yanında olacaq. Türk imperiya deyil, imperiyalar xalqıdır, türk ram olunmaz, ram edər”.

Politoloq qeyd edib ki, hələ irəlidə 4 il var:

"Ən azı bu 4 ildə dövlətə nəzarət tam Cumhur İttifaqındadır. Bu vaxt isə gələn seçkilərə daha güclü, daha bütöv çıxmağa kifayətdir. AKP-MHP müttəfiqliyinə kürd-müsəlman qardaşlarımızdan ibarət güclü bir partiyanı da birləşdirmək lazımdır. Digər tərəfdən Türkiyənin döyünən ürəyi Anadoludur. Qoca Anadolu bu torpaqları yenidən İslam düşmənlərinə təhvil verməz”.

Politoloq Hatəm Cabbarlı Cabbarlı isə Əkrəm İmamoğlunun təşəkkür mesajında azərbaycanlıların adının çəkməməsinin səbəblərinə aydınlıq gətirib:

"Birincisi, Türkiyədə tarixən yaşayan azərbaycanlılar (bu ifadə belə yalnışdır əslində) onlar elə türkün özüdür. Özlərini azərbaycanlı olaraq fərqli etnik qrup olaraq görmürlər, sosiolojik və tarixi olaraq görə də bilməzlər. İkincisi, Türkiyədə yaşayan azərbaycanlılar ictimai-siyasi həyatda təşkilatlana bilməyiblər və ya məhəlli təşkilatlanıblar. Özəl məsələlərə təsir etmə imkanı demək olar ki, yoxdur”.

H. Cabbarlı vurğulayıb ki, Türkiyədə diasporumuz olduqca zəif fəaliyyət göstərir:

"Bizimkilər heç Iğdırda İsa Yaşar Tezel Bəyin arxasında dayanıb qəsb edilən haqqını təmin edə bilmədi. Bu zaman ölkə miqyasında hansı təşkilatlanmadan söhbət gedə bilər? Türkiyədə diasporumuz olduqca zəifdir, dövlətin bu işə pul xərcləməsinə baxmayaraq, erməni diasporunun fəaliyyəti ilə müqayisədə olduqca zəif qalır”.

7News.Az

Xəbər lenti