RU
lombard
İntim şəkilləri yayılan siyasətçi intihar etmək istədi - FOTO
16:00
571

İntim şəkilləri yayılan siyasətçi intihar etmək istədi - FOTO

Çılpaq fotoları internetə sızan konqresmen açıqlama verib.

7News.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qadınla öpüşərkən çılpaq fotolar çəkdirən ABŞ-ın tanınmış siyasətçisi və sosial xidmətlər administratoru Keyti Hill (Katie Hill) baş verən olaylardan sonra intihara cəhd etdiyini açıqlayıb.

"New York Times"-ın əməkdaşı ilə söhbətləşən Keyti intihar etmək istədiyini, sonradan isə fikrindən daşındığını dilə gətirib.

"Biranlıq hərşeyin bitməsini istədim. Sonra, ailəm, qardaşım, bacım yadıma düşdü", - Keyti söyləyib.

Qeyd edək ki, Demokratlar partiyasının üzvü olan 32 yaşlı Keyti fotoların birində tamamilə lüt halda olub. Çılpaq halda qəlyan çəkən siyasətçinin qurşaq nahiyəsində faşizm simvolunun döyməsi var.

Dailymail-in əldə etdiyi digər fotoda Keyti başqa bir qadınla öpüşür. Yayılan üçüncü fotoda isə Keyti çılpaq haldaykən başqa bir qızın saçlarını darayır. Şəkillər 2017-ci ilə aiddir.

 

Məlumata görə saçları daranan qız 24 yaşlı Morgan Desjardinsdır. Onların münasibəti 2017-ci ildə başlayıb. Həm əri, həm də Morganla intim münasibət yaşayan Keyti bu ilin yayında münasibətini sonlandırmaq qərarına gəlib.

Biabırçı fotoları yayılan siyasətçi qadınla intim münasibət yaşadığını etiraf edib. O, bildirib ki, fotoları onun razılığı olmadan internetdə yayılıb.

Keyti məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini söyləyib. O, daha sonra istefa verib.


 


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ