RU
lombard
İran, Çin və Rusiya hərbi əməliyyatlara başladı - VİDEO
22:00
666

İran, Çin və Rusiya hərbi əməliyyatlara başladı - VİDEO

ABŞ və Qərblə ciddi gərginlik yaşayan Çin, İran və Rusiya Hind okeanının şimalında "Sülh və təhlükəsizlik naminə birlikdə” şüarı ilə "2022 Dəniz Təhlükəsizlik Kəməri” adlı birgə təlimə başlayıb. 

Təlimlərə yanvarın 21-də səhər saatlarından start verilib və təlimin ssenariləri hazırlanaraq, hərbi əməliyyatlar təşkil edilib.

Təlimlə bağlı İran ordusunun sözçüsü admiral Mustafa Taceddini deyib ki, İran, Çin və Rusiya qoşunlarının planlaşdırılan taktiki və əməliyyat təlimlərinə yanan gəminin xilas edilməsi, qaçırılan gəminin buraxılması və gecə-gündüz müəyyən dəniz hədəflərinə atəş açılması daxildir.

Təlimin Hind okeanının şimal hissəsi, Babülməndəb, Malakka və Hörmüz boğazlarını əhatə etdiyi üçün böyük əhəmiyyət daşıdığını qeyd edən Taceddini onu da əlavə edib ki, bu üç boğaza bölgədə qızıl üçbucaq deyilir. 

"Hind okeanı da dünya ticarətinin həyat mərkəzi hesab edilir. Biz İran, Çin və Rusiya olaraq bu regionun təhlükəsizliyini təmin etmək və bu dəniz ticarət xətlərini qorumaq üçün birgə hərəkət edirik. Bu yolla hər üç ölkənin maraqlarını qorumağı qarşımıza məqsəd qoyuruq”, - deyə o bildirib.

"2022 Dəniz Kəməri” təlimi Ukrayna böhranı səbəbindən Rusiya ilə ABŞ və NATO arasında gərginliyin artdığı bir vaxtda keçirilir./olke

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ