Şəhər əhalisi kütləvi mitinqə çıxıb.
İŞİD terror qruplaşmasının paytaxtı sayılan Rakka şəhərinin əhalisi yaraqlılara qarşı üsyana qalxaraq 5 məhəllədə Suriyanın dövlət bayrağını qaldırıb.
Şəhər əhalisi Suriya ordusuna dəstək şüarları ilə kütləvi mitinqə çıxıb.
Mitinq zamanı nümayişçilərlə İŞİD terrorçuları arasında toqquşma baş verib. Nəticədə Rakka sakinlərinin xeyli sayda terrorçunu məhv etdiyi bildirilir./oxu
7news.Az








