İTV-nin sabiq əməkdaşı faciəli şəkildə öldü

İTV-nin sabiq əməkdaşı faciəli şəkildə öldü

Sumqayıtda baş verən dəhşətli qəzada yanaraq ölən Fuad Musazadə İTV və "M Group Production” şirkətinin sabiq hüquqşünası olub.

Bu barədə Oxu.Az-a açıqlamasında "M Group Production” şirkətinin mətbuat xidmətinin rəhbəri Könül Əlibəyli məlumat verib. 

K.Əlibəyli F.Musazadənin keçən il şirkətin hüquqşünası kimi işlədiyini bildirib. F.Musazadə, eləcə də, İctimai Televiziyanın və AzTV-nin sabiq əməkdaşı olub. 

Qeyd edək ki, sentyabrın 19-da saat 15 radələrində Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Anar Nəsir oğlu Rzayevin idarə etdiyi "Hyundai” və Fuad Şahin oğlu Musazadənin idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub. Hadisə nəticədəsində iki nəfər ölüb. 

Nəticədə, maşınların toqquşmasından sonra, "Mercedes” yoldan çıxaraq aşıb və alışaraq yanıb. "Mercedes”in sürücüsü F.Musazadə maşından çıxa bilməyib və diri-diri yanaraq ölüb. 

7News.Az

Xəbər lenti