İvanka Tramp qadınların hüquqlarını müzakirə edəcək - G20 sammitində

İvanka Tramp qadınların hüquqlarını müzakirə edəcək - G20 sammitində

ABŞ prezidentinin qızı İvanka Tramp G20 sammitində qadınların hüquqlarını müzakirə edəcək.

7News.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi deyib.

Nümayəndə bildirib: "İvanka Tramp qadınların hüquqlarının möhkəmləndirilməsinə həsr edilmiş tədbirdə iştirak və çıxış edəcək. Bundan əlavə, İ.Tramp qadınların məşğulluluğuna həsr edilmiş sessiyada da iştirak edəcək".

Qeyd edək ki, G20 sammiti 28-29 iyun tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək.

 

7News.Az

Xəbər lenti