Kafedə qanlı hadisə: 1 nəfər bıçaqlandı

Kafedə qanlı hadisə: 1 nəfər bıçaqlandı

Quba rayonunda qətl hadisəsi baş verib.

7News.Az "Oxu.Az" istinadən bildirir ki, hadisə rayonun Aşağı Atuc kəndində qeydə alınıb.

Gecə saatlarında kənd ərazisindəki kafelərin birində mübahisə olub. Mübahisə zəminində Aşağı Xuc kənd sakini Babək Şükürov bıçaqlanaraq qətlə yetirilib.

İlkin məlumata görə, hadisəni əvvəllər məhkumluğu olmuş Cabir Əhmədxanov törədib.

Faktla bağlı araşdırma aparılır.

 
7News.Az

Xəbər lenti