Kişi hamama kamera qoyub, qaynanasını videoya çəkdi

Kişi hamama kamera qoyub, qaynanasını videoya çəkdi

Türkiyədə kürəkənin qayınanasına qarşı hərəkəti eşidənləri şoka salıb.

7News.Az axşam.az-a istinadən bildirir ki, Bolu şəhərində yaşayan kişi hamama saat qoyub. Onun həyat yoldaşı G.İ əvvəl heç nədən şübhələnməsə də, saatın işlədiyi vaxtlara nəzər saldıqda duyuq düşüb. Belə ki, ərinin "çox dəyərli" dediyi saat onun anası və qadın qohumları evə gələndə işləyirmiş. Saatı ustaya aparan qadın gördükləri qarşısında şoka düşüb. Belə ki, mexanizmin içərisinə kiçik kamera yerləşdirilib və ərinin telefonu ilə əlaqələndirilib.

Qadının anası və yaxın qohumları evə gələn zaman kişi kameradan onları izləyirmiş. G.İ ərindən bunun hesabını soruşduqda kişi onu döyüb. Qadın polisə müraciət edib və boşanmaq üçün məhkəməyə baş vurub.

 

7News.Az

 

Xəbər lenti