RU
lombard
Kişi lal qohumunu 2 il boyunca zorladı - İfadəsi dəhşətə gətirir - FOTO
17:10
425

Kişi lal qohumunu 2 il boyunca zorladı - İfadəsi dəhşətə gətirir - FOTO

Kişi serebral iflicdən əziyyət çəkən, danışma və eşitmə qüsurlu qohumunu zorlamaqda ittiham olunur.

7News.Az Mirror-a istinadla xəbər verir ki, Qazaxstanın Aqtobe şəhərində yaşayan 55 yaşlı kişi 28 yaşlı qohumunu 2 il boyunca zorlayıb.

Qız bu müddət ərzində başına gələn olayı jestlərlə valideynlərinə başa salmaq istəsə də, qohumları onu başa düşməyiblər.

Olanları başa salmaq qızın 2 il vaxtını alıb.

Qadının anası mətbuata açıqlaması zamanı bildirib ki, qız əmisi gələn zaman ona qarşı aqressiv münasibət göstərib.

"Ondan soruşdum ki, əmin sənə toxunub? Qızım başıyla hə dedi və jestlərlə bildirdi ki, əmisi onu zorlayıb", - qızın anası söyləyib.

Qadının dediyinə görə, evdəkilərin işdə olmasını fürsət bilən qaynı qızın evdə tək qaldığı vaxtlarda ona qarşı seksual xarakterli hərəkətlər edib.

 

"Biz açarı ona vermişdik ki, arada bir evə gəlib, qızımızın qeydinə qalsın. O, Quran oxuyan idi. Ona güvənirdik", - qadın ağlayaraq deyib.

Adı mətbuata açıqlanmayan şəxs polis tərəfindən saxlanılıb. Onun ifadəsi polisləri dəhşətə gətirib. Belə ki, fiziki qüsurlu qızı zorladığını etiraf edən kişi qızın onu ehtiraslandıracaq hərəkətlər etdiyini iddia edib.

Zərərçəkənin anası məhkəmədə qızı heç nəyi izah edə bilmir deyə təcavüzkarın cəzasız qalacağını düşünür.

Mələsə ilə bağlı araşdırmalar davam etdirilir.

7News.Az

 

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ