ATV-nin efirində yayımlanan “Bizimləsən” verilişində qonaq olan Sevda Rzayeva ruhun bədənindən çıxdığını bildirib: “Komaya düşmüşdüm.
Həkimlər öldüyümü dedilər. 20 dəqiqədən sonra o dünyadan qayıtdım. Övladım olmadığına görə müalicə etdirirdim. Birinci dəfə iynə vuranda klinik ölüm keçirdim. Gördüm ki, yuxarıdan hava kimi ruhum aşağı düşür. Aşağı çox gözəl yer idi. Bu zaman atamı gördüm. Atamı 3 yaşımda itirmişəm. Atam mənə dedi ki, geri qayıt. Öz cismimi gördüm. Hiss etdim ki, cismim mənə qayıdır”.
7news.Az








