Məktəbdə qanlı hadisə: Anasının gözü önündə oğulun şah damarını kəsdi

Məktəbdə qanlı hadisə: Anasının gözü önündə oğulun şah damarını kəsdi
Polşanın paytaxtı Varşavada dəhşətli cinayət hadisəsi baş verib.

Polşada orta məktəbdə şagirdlər arasında anlaşmazlıq olub. 15 yaşlı polşalı Emil.B türkiyəli Yakub.K adlı həmyaşıdını öldürüb.

Məktəb rəhbərliyi və digər şagirdlər Emilin uzun müddətdir problemlər yaratdığını və aqressiv olduğunu bildirib. Belə ki, o cinayətdən bir neçə gün öncə Yakuba təhdid mesajı yazıb.

"Cümə günü televiziya ulduzu olacaqsan" - mesajını aldıqdan sonra Yakub məktəbə anası ilə gedib. Lakin Emil məktəbin dəhlizində ona ilk öncə kürəyindən bıçaqlayıb, daha sonra isə dəfələrlə başqa yerlərindən bıçaqlayıb və şah damarını kəsib.

Anası və şagirdlərin gözü önündə baş verən hadisədə gənc aldığı zərbələrdən həyatını itirib. Polis dəhşətli cinayəti törədən yeniyetməni həbs edib.
 
 
 
7News.Az

Xəbər lenti