RU
lombard
Metro nə vaxt AÇILIR? - RƏSMİ AÇIQLAMA
14:34
101

Metro nə vaxt AÇILIR? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "COVID-19" virusu ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərara müvafiq olaraq sərnişindaşıma fəaliyyətində yaranmış fasilə nəzərə alınmaqla, Bakı metropoliteninin bütün infrastrukturu normal iş rejimi şəraitində yoxlanılacaq.

Bu barədə Bakı Metropoliteni məlumat yayıb. Bildirilib ki, martın 6-sı və 7-də həyata keçiriləcək tədbirlər çərçivəsində bütün metropoliten xətlərində qatarlar müəyyən edilmiş qrafikə uyğun qaydada hərəkət edəcək.

 

Sözügedən nəqliyyat vasitəsinin iş rejiminin yoxlanılması insanlar arasında Bakı metrosunun açılışa hazırlaşması barədə fikirlərin yayılmasına səbəb olub.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sonxeber.az-a açıqlama verib.

"Həmin xəbər mətbuatda yayıldığından, hamı elə bilir ki, metroların açılmasına hazırlıq işi gedir. Qeyd edim ki, bu metroda müntəzəm aparılan işdir. İnfrastrukturun tam və işlək vəziyyətdə olması bütün sahələrdə yoxlanılır. Telefonoqram vurulduqdan sonra ictimaiyyət, mətbuat da xəbər tutacaq ki, metroda qatar gedib-gəlir.

Buna görə bu tip şaiələrin qarşısını almaq üçün sözügedən məlumatı paylaşdıq. Bu metronun açılacağına işarə deyil. Texniki-normativ sənədlər var ki, metronun işləməsi və sərnişindaşımaya baxmır.

Bəxtiyar Məmmədov həmçinin əlavə etdi ki, metroların açılması Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan məsələdir:

"Biz daxili, texniki- normativ sənədlərə uyğun olaraq, infrastrukturu hazır vəziyyətdə saxlamalıyıq. Metro elə nəqliyyat vasitəsidir ki, onu hərəkətə gətirən hər vasitə yoxlanılmalıdır".

7News.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ