Metroda qiymət artırılacaq? - AÇIQLAMA

Metroda qiymət artırılacaq? - AÇIQLAMA

Yaxın gələcəkdə metroda heç bir tarif artımı gözlənilmir.

7News.Az xəbər verir ki, bunu jurnalistlərə "Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, hazırda Bakı metrosu MDB məkanında gedişhaqqına görə ən ucuz metrodur:

"Bu gün bir sərnişin daşınma xərci 30 qəpikdir. Amma həmin vəsait sərnişinin daşınmasına çəkilən xərcin yalnız 60%-ni qarşılayır. Buna baxmayaraq, bu gün Bakı Metropolitenində qiymət artımı gündəmdə deyil”.

Metropoliten rəsmisi gələcəkdə differensial tariflərin tətbiqinin də mümkün olacağını qeyd edib:

"Bu gün "Bakı Metropoliteni” heç də uzaqmənzilli metropoliten deyil. Gələcəkdə 76 stansiyamın hamısı istismara veriləndən sonra belə bir sistemin tətbiqi çox rahatdır. Bu gün isə bunun tətbiqi əhəmiyyətsizdir”.

7News.Az

Xəbər lenti